3 ay sonra fit çalacaq
28.04.2023 , 14:59

Son olaraq “Adana Dəmirspor” – “Fənərbağça” matçını idarə edən hakim Ali Palabıyık yenidən təyinat alıb.
Korner.az xəbər verir ki, o, 3 aylıq fasilədən sonra “Altınordu” – “Bandırmaspor” matçını idarə edəcək.
Təcrübəli referi sözügedən görüşdən sonra heç bir matça təyinat almırdı.
“Altınordu” – “Bandırmaspor” matçı aprelin 30-u keçiriləcək. Oyuna 16:00-da start veriləcək.
