“Sumqayıt”ın əvəzedici komandası istirahəti başa vurub.
Korner.az-ın məlumatına görə, tibbi müayinədən keçən futbolçular sabahdan etibarən məşqlərə başlayacaq.
Baş məşqçisi Vaqif Paşayev komandanın hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
“Artıq iki gündür ki, futbolçular tibbi müayinədən keçir. Bu gün tam olaraq, işləri yekunlaşdıracağıq. Sabahdan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda fiziki hazırlığa start verəcəyik. Yanvarın 20-dən başlayaraq isə topla çalışmalara başlayacağıq. Hazırlıq ərəfəsində 2-3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Komandada dəyişikliklər də olacaq. 3-4 futbolçu komandanı tərk edəcək, əlavə olaraq yeniləri heyətə cəlb olunacaq”.
