29 yaşlı müdafiəçi “Barselona”dan ayrılır
23.06.2025 , 13:00

Andreas Kristensen “Barselona”dan ayrılmağa hazırlaşır.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi oyunçunun başqa kluba keçməsi üçün mümkün variantları nəzərdən keçirəcək.
La Liqa klubu daha danimarkalı futbolçunun xidmətinə ehtiyac duymur.
29 yaşlı müdafiəçinin İspaniya nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
