28 yaşlı norveçli müdafiəçi yayda klubu dəyişə bilər
16.12.2025 , 23:45
“Barselona” Dortmund “Borussiya”nın müdafiəçisi Yulian Ryersonu Jül Kundeyin əvəzedicisi kimi heyətinə qatmaq istəyir.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kataloniyalı klub sol və ya sağ müdafiə mövqeyinə büdcəyə uyğun oyunçu axtarır və 28 yaşlı norveçli futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparılıb. Hələlik, tərəflər arasında konkret razılaşma əldə olunmayıb.
Ryersonun “Borussiya” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, lakin yay transfer pəncərəsində klubunu dəyişmə ehtimalı istisna deyil.