Xorvatiya və Serbiya futbolu tarixində maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, Xorvatiya "Dinamo" (Zaqreb) klubu ilə Serbiyanın "Srvena Zvezda" klubu arasında son 28 ildə ilk dəfə oyunçu alqı-satqısı reallaşıb.
Belə ki, "Dinamo"nun müdafiəçisi Luis İbanyes bundan sonra "Srvena Zvezda"nın formasını geyinəcək. 28 yaşlı argentinalı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, hər mövsüm 240 min avro məvacib alacaq.
Qeyd edək ki, iki ölkə arasındakı siyasi gərginlik səbəbilə bu iki klub 1987-ci ildən bu yana bir-birindən futbolçu almırdı.
