Futbol

27 futbolçunun 21-də koronavirus aşkarlandı

23.06.2020 , 17:53

“Korintians” 21 futbolçusunda koronavirus aşkarlandığını açıqlayıb.

Korner.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə əsas komandanın üzvü olan 27 futbolçudan son aylarda bütövlükdə 190 koronavirus testi götürüldüyü diqqətə çatdırılıb. Həmin oyunçulardan 21-nin testi müsbət nəticə verib.

Virusa yoluxan futbolçulardan 13-nün artıq tam sağaldığı, qalan 8 oyunçunun isə müalicəsi hələ də davam etdirildiyi bildirilir. Onlar da tam sağaldıqdan sonra komanda ilə məşqlərə başlaya biləcəklər.

Son yazılar

Yuxarı