27-ci çempionatın 27-ci dəqiqəsində: Gələn ötürdü, getməyən vurdu!
11.08.2018 , 21:05

Topaz Premyer Liqasında 2018/2019-cu illər mövsümünün ilk qolu vurulub.
“Sumqayıt” – “Neftçi” matçının 27-ci dəqiqəsində fərqlənən “Neftçi”nin üzvü Mirabdulla Abbasov tarixə cari mövsümün ilk qolunun müəllifi kimi düşüb. Abbasov məhz “Sumqayıt”dan gələn Tural Axundovun ötürməsindən sonra fərqləndi və qolu özünəməxsus şəkildə qeyd edib.
Məlumat üçün bildirək ki, “Sumqayıt” Mirabdulla Abbasovu “Neftçi”dən icarəyə götürmək istəsə də, “gənclik şəhəri” təmsilçisinin arzusu son anda həyata keçməyibş Yəni, “Sumqayıt”ın qapısına ilk qolu sabiq üzvünün ötürməsindən sonra transfer siyahısının zirvəsində yer alan oyunçu birləşib keçirdilər.
