26 yaşlı oyunçu İngiltərə klublarının hədəfində
22.12.2025 , 17:45
“Selta”nın sağ cinah müdafiəçisi Oskar Minqeza karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” 26 yaşlı futbolçu ilə müqavilə imzalamağa hazırlaşır.
Bununla yanaşı, “Nyukasl” və “Brayton” klubları da ispaniyalı oyunçunun transferində maraqlıdır.
Qeyd edək ki, Minqeza bu mövsüm “Selta” ilə bütün turnirlərdə 20 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.