Azərbaycan 1-ci divizionunda 26-cı tura yekun vurulub.
“Zaqatala” ilə qarşılaşan “Xəzər” 3:2 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib.
26-cı turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Mil-Muğan” – “Şüvəlan” – 1:0
Qol: Vüqar Asəliyev, 82
“Xəzər” – “Zaqatala” – 3:2
Qollar: Tural Qürbətov, 55; Ramil Həsənov, 73; Eltun Turabov, 78 // Cavad Kazımov, 58; Nicat Muxtarov, 71)
“Turan Tovuz” – “Qaradağ Lökbatan” – 2:1
Qollar: İlkin Rzayev, 7; Tuqay Alhüseynli, 52 // Sabir Allahquliyev, 41
“Ağsu” – “Binə” – 3:2
Qollar: Adil Tağıyev, 16; Ramil Əliyev, 26; Bəhlul Əliyev, 89 // Sərxan Ağayev, 12; Vüsal Səfərov, 71-pen
MOİK – “Sabah” – 0:0