25 milyon avroluq transfer
18.12.2020 , 18:20

“Leyptsiq” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa klubu Avstriya “Zalsburq”undan Dominik Soboslaini transfer edib.
Bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.
“Leyptsiq” bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyib.
