25 il sonra vida
17.08.2018 , 16:45

Kladio Markizio artıq “Yuventus”da oynamayacaq
Belə ki, 32 yaşlı yarımmüdafiəçiçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İtaliya millisinin üzvü 25 ilini Turin klubunda keçirib. 1993-cü ildə – 7 yaşında “Yuventus”un akademiyasında futbola başlayan Markizio 2006-cı ildə əsas komandada debüt edib. “Yuventus”la 7 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kuboku, üç dəfə isə İtaliya Superkubokunu qazanan Klaudio İtaliya millisində 55 oyunda 5 qol vurub.
