25-ci ev məğlubiyyəti
15.03.2022 , 13:25

“Sabah” Azərbaycan Premyer Liqasında 25-ci ev məğlubiyyətini alıb.
Korner.az xəbər verir ki, bu, 19-cu tura təsadüf edib. “Qarabağ”ı qəbul edən Bakı klubu 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi öz meydanındakı 47-ci matçda 25-ci dəfə xalsız qalıb.
Qeyd edək ki, bakılılar evdə 25 və daha çox oyunda uduzan 23-cü komanda olub. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 78 dəfə öz meydanında xalsız qalıb.
