24 komanda arasında 18-ci
25.01.2020 , 18:53

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqası turnirinə yekun vurulub.
Korner.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən eşitməqüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası son oyununu keçirib. 17-ci yer uğrunda Macarıstananın “Budapeşt” komandası ilə qarşılaşan “Ulduz” 4:6 hesabı ilə məğlub olub.
Təmsilçimiz 24 komandanın mübarizə apardığı turniri 18-ci pillədə başa vurub.
