24 illik rekord təkrarlandı
26.10.2019 , 15:59
İngiltərə Premyer Liqasının X turunun açılış oyununda “Lester” səfərdə “Sauthempton”u darmadağın edib – 9:0.
Korner.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqası tarixində səfərdə qazanılan ən böyükhesablı qələbədir. Bunadək heç bir komanda səfərdə bu qədər qol vura bilməmişdi.
Bu, həm də Premyer Liqanın ən böyükhesablı 2-ci nəticəsidir. Belə ki, “Mançester Yunayted” 24 il bundan əvvəl – 1995-ci ildə ev oyununda “İpsviç”i 9:0 hesabıyla məğlub etmişdi.
