Markus Türam İngiltərə klublarının hədəfində
23.02.2026 , 15:00
“İnter”in hücumçusu Markus Türam yay transfer pəncərəsində İngiltərə klublarının diqqət mərkəzinə düşüb.
Korner.az xəbər verir ki, bəzi İngiltərə komandaları fransalı forvardı heyətinə qatmaq imkanlarını araşdırır, lakin hələlik adlar açıqlanmır.
28 yaşlı oyunçuya Avropanın digər çempionatlarından da maraq var və danışıqların dünya çempionatından sonra başlanacağı gözlənilir.
Qeyd edək ki, bu mövsümdə Türam 31 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.