Ayın ən yaxşısı
17.02.2026 , 13:30
İngiltərənin “Aston Villa” komandasının qapıçısı Emiliano Martinez bu mövsüm Premyer Liqada ən etibarlı qapıçı hesab olunub.
Korner.az xəbər verir ki, argentinalı oyunçunun qurtarış göstəricisi 77% ilə liqada birincidir və bu, ən yüksək nəticədir.
Martinez bütün turnirlər üzrə 28 oyunda iştirak edib, Premyer Liqada isə 22 matçda yalnız 19 qol buraxıb.
Hazırda “Aston Villa” 50 xalla turnir cədvəlində 3-cü sıradadır.