“Əl-Hilal”da yeni müqavilə
12.02.2026 , 21:55
“Əl-Hilal” müdafiəçisi Xalidu Kulibali ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi seneqallı mərkəz müdafiəçisinin sözləşməsi uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla imzalanan yeni müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2023-cü ilin yayında “Çelsi”dən 23 milyon avroya transfer olunmuşdu.