“Tottenhem”dən 30 milyon avroluq təklif
12.01.2026 , 15:30
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketanın gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” 28 yaşlı braziliyalı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib və “Vest Hem”ə 30 milyon avro dəyərində rəsmi təklif göndərib.
Xəbərdə bildirilir ki, Paketaya “Flamenqo” klubu da maraq göstərir və tərəflər arasında danışıqlar aparılır. London təmsilçisi isə qış transfer pəncərəsində oyunçunu satmağa hazırdır.
Cari mövsümdə Premyer Liqada 18 matça çıxan Paketa 4 qol vurub, 1 məhsuldar ötürmə ilə komandasına töhfə verib.