Premyer Liqada transfer həyəcanı: Marmuş diqqət mərkəzində
06.01.2026 , 17:45
“Mançester Siti”nin hücumçusu Omar Marmuş İngiltərənin digər klublarının diqqətini çəkib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” onun transferini ciddi şəkildə düşünür, əsas rəqibi isə “Tottenhem”dir.
Buna baxmayaraq, “Mançester Siti” futbolçunu mövsüm ortasında buraxmaq istəmir.
Marmuş komandaya 2025-ci ilin yanvarında qoşulub və onun klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.