Elye Vahi “Ayntraxt”dan ayrılır – Yeni ünvanı haradır?
22.12.2025 , 16:30
“Ayntraxt”ın hücumçusu Elye Vahi komandadan ayrılaraq Fransaya qayıdacaq.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Nitsa”nın 22 yaşlı forvardı yanvar ayında icarəyə götürəcəyi iddia olunur.
Fransalı oyunçu bu ilin yanvarında “Marsel”dən 26 milyon avroya Frankfurt klubuna keçmişdi.
Qeyd edək ki, futbolçu bu mövsüm 14 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.