“Əl-Əhli” Eduard Mendinin müqaviləsini uzatdı – Rəsmi
17.12.2025 , 12:30
“Əl-Əhli” qapıçısı Eduard Mendi ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tərəflər arasında sözləşmənin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Qeyd edək ki, seneqallı qolkiper indiyə qədər 92 oyunda çıxış edib, qapısında 94 qol görüb və 39 matçda toxunulmaz qalıb.