“Çelsi” və “Real”ın transfer hədəfində
11.12.2025 , 23:45
“Nottingem Forest”in müdafiəçisi Murillo İngiltərə və İspaniya nəhənglərinin diqqətindədir.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı braziliyalı futbolçunun 2026-cı ilin yayında yeni klubda oynamağa hazır olduğunu bildirib.
Lakin “meşəçilər” onu buraxmaq üçün 62,7 milyon avrodan yüksək təklif tələb edir.
Qeyd edək ki, Murillo bu mövsüm bütün yarışlarda 13 oyun keçirib və 1 qol vurub. Onun “Nottingem Forest”lə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.