“Milan” gənc forvardı transfer etmək istəyir
01.12.2025 , 18:30
İtaliyanın “Milan” klubu hücum xəttini gənc forvardla gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, “qırmızı-qara”lar Fransa klubu “Anje”nin 18 yaşlı hücumçusu Sidiki Şerifə maraq göstərir.
Bildirilir ki, Milanın skautları mövsümün əvvəlindən etibarən gənc oyunçunu izləyir və onu gələcək üçün perspektivli transfer hesab edir. Şerifin hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.
Cari mövsümdə futbolçu Fransa çempionatında 14 oyunda iştirak edərək 3 qol vurub.