“Borussiya”nın yeni baş məşqçisi məlum oldu
18.11.2025 , 22:30
Münhenqladbax “Borussiya”sı Oygen Polianskini daimi baş məşqçi təyin edib.
Korner.az xəbər verir ki, Polşa millisinin sabiq yarımmüdafiəçisi sentyabrın ortasında Hərardo Seoanenin istefasından sonra müvəqqəti vəzifəni icra edirdi.
Hazırda isə 2028-ci ilə qədər müqavilə ilə daimi baş məşqçi kimi təsdiqlənib.
Qeyd edək ki, komanda son üç oyunda üç qələbə qazanıb və hazırda Bundesliqa cədvəlində 12-ci pillədə qərarlaşıb.