Vircil van Dayk Niderland millisində tarix yazdı
18.11.2025 , 13:15
“Liverpul”un müdafiəçisi Vircil van Dayk Niderland yığmasının kapitanı olaraq rekord yeniləyib.
Korner.az xəbər verir ki, Litva ilə keçirilən və 4:0 hesabı ilə başa çatan DÇ-2026-nın seçmə oyunu Van Dayk üçün xüsusi əhəmiyyət kəsb edib.
Bu matç onun millidə kapitan kimi 72-ci oyunu olub və beləliklə əvvəlki rekord sahibi Frank de Burun 71 oyunu geridə qalıb.
Niderland millisində kapitan kimi ən çox oyun keçirən futbolçuların siyahısı:
Vircil van Dayk – 72 oyun
Frank de Bur – 71 oyun
Rud Krol – 45 oyun
Rud Qullit – 41 oyun
Harri Denis – 37 oyun
Edvin van der Sar – 36 oyun
Yohan Kroyf – 34 oyun
Ronald Kuman – 33 oyun
Covanni van Bronkhorst – 33 oyun
Puk van Hel – 29 oyun
Van Dayk hazırda Niderland millisində kapitan kimi ən çox oyun keçirən futbolçu statusuna sahibdir.