Sörlot Türkiyə transferini hələ düşünmür
17.11.2025 , 17:45
“Atletiko”nun hücumçusu Aleksander Sörlot “Fənərbağça”nın transfer hədəfi olaraq qalır.
Korner.az xəbər verir ki, Madrid klubu onu satmaq niyyətində deyil, lakin 35 milyon avrodan yüksək təkliflər nəzərdən keçirilə bilər.
Norveçli futbolçu hazırda Türkiyəyə keçidi prioritet hesab etmir.
Qeyd edək ki, 29 yaşlı forvard cari mpvsümdə 14 oyuna çıxaraq 2 qol vurub. Onun “Atletiko” ilə müqaviləsinin nüddəti 2028-ci ilə qədər qüvvədədir.