Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
17.11.2025 , 17:30
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının DÇ-2027-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Korner.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda 2026-cı ilin martında mübarizəyə start verəcək.
Millinin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
3 mart 2026-cı il
Azərbaycan – Şimali Makedoniya
7 mart
Macarıstan – Azərbaycan
14 aprel
Andorra – Azərbaycan
18 aprel
Azərbaycan – Andorra
5 iyun
Azərbaycan – Macarıstan
9 iyun
Şimalı Makedoniya – Azərbaycan
Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlar və başlanma vaxtı barədə daha sonra məlumat veriləcək.