Şevçenko Ukrayna millisinin pley-off uğurunu yüksək qiymətləndirdi
17.11.2025 , 15:30
“Milan” və “Çelsi” klubunun keçmiş hücumçusu, hazırda isə Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsini icra edən Andrey Şevçenko, milli komandanın DÇ-2026-nın seçmə mərhələsində pley-offa yüksəlməsini yüksək qiymətləndirib.
Korner.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək həm futbolçuları, həm də baş məşqçi Sergey Rebrovu təbrik edib:
“Komandanı və baş məşqçini qələbə münasibətilə təbrik edirəm! Futbolçular bütün Ukrayna üçün meydana çıxaraq maksimum səy göstərdilər. Azarkeşlərə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm.”
Xatırladaq ki, Ukrayna yığması qrup mərhələsinin son qarşılaşmasında İslandiya üzərində 2:0 hesablı qələbə qazanıb. Sergey Rebrovun komandası turnirdə 10 xal toplayaraq ikinci pillədə qərarlaşıb və pley-off mərhələsinə vəsiqə əldə edib.