“Real” Rodriqonu onunla dəyişmək istəyir
13.11.2025 , 21:00
“Real Madrid” qış transfer pəncərəsi üçün maraqlı plan qurub.
Korner.az xəbər verir ki, Madrid klubu Rodriqo Qoesi “Liverpul”un yarımmüdafiəçisi Florian Virtslə dəyişdirməyi nəzərdən keçirir.
“Real”ın baş məşqçisi Xabi Alonso bu ideyanı dəstəkləyir. O, “Bayer”də çalışdığı dövrdən Virtsin potensialını yaxşı tanıyır və onun komandasına böyük fayda verəcəyinə inanır.
Rodriqo isə bu mövsümdə oyun vaxtının azlığından narazıdır və qarşıdakı qış transfer dönəmində klubdan ayrılmaq fikrindədir.
Florian Virts cari mövsümdə “Liverpul”un heyətində 16 oyuna çıxaraq 3 qol ötürməsi edib. Rodriqo isə “Real” forması ilə 13 matçda 2 asistlə yadda qalıb.