Ronaldo: “Portuqaliya uğurlarını mənimlə qazandı”
06.11.2025 , 23:00
Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ölkəsinin uğurlarını şərh edib.
Korner.az xəbər verir ki, ulduz futbolçu Argentina və Braziliyanın böyük turnirlərdə qalib gəlməyə alışdığını, Portuqaliyanın isə bu cür nailiyyətləri yalnız onun karyerası dövründə əldə etdiyini bildirib:
“Argentina və Braziliya uzun illərdir ki, böyük turnirlərdə qalib olmağa öyrəşib. Messi gəlib-çıxmadan əvvəl Argentina artıq dünya çempionu olmuşdu. Portuqaliya isə mənim dövrümə qədər belə nailiyyətlər əldə etməmişdi. Mən isə millimlə üç böyük titula sahib olmuşam və bununla fəxr edirəm”.
Qeyd edək ki, Ronaldo Portuqaliya ilə Avro-2016-nın qalibi olub və iki dəfə Millətlər Liqasını qazanıb.