Rayan Qravenberx “Liverpul”da qalacaq
30.10.2025 , 23:30
“Liverpul” Rayan Qravenberxin gələcəyi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İngiltərə nəhəngi niderlandlı yarımmüdafiəçini uzun müddət komandada saxlamaq niyyətindədir. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin yazdığına görə, klub yaxın vaxtlarda Qravenberxlə yeni müqavilə barədə danışıqlara başlayacaq. Hazırkı müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə qədər qüvvədə olan futbolçunun sözləşməsinin daha iki il uzadılması nəzərdə tutulur.
Xatırladaq ki, “Liverpul” Rayan Qravenberxi 2023-cü ilin yayında “Bavariya”dan 40 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm “qırmızılar”ın heyətində 9 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.