Ayxan Abbasov: “Məğlubiyyət üzücüdür, amma futbolda bunlar normaldır”
17.10.2025 , 17:00
Azərbaycan Premyer Liqasının 8-ci turunda “Şamaxı” bu gün evdə “Kəpəz”ə 1:4 hesabı ilə uduzub.
Korner.az xəbər verir ki, oyundan sonra baş məşqçi Ayxan Abbasov jurnalistlərə açıqlama verib:
“Üzücü məğlubiyyət aldıq. Azarkeşlərimizə dəstəyinə görə təşəkkür edirəm və rəqibi təbrik edirəm. Bilirdik ki, “Kəpəz” hər oyuna fərqli motivasiya ilə çıxır.
İlk 15-20 dəqiqədə yaxşı oynadıq, amma qırmızı vərəqə oyunun gedişatını dəyişdi. İkinci hissəni azlıqda keçirdiyimiz üçün futbolçularımız çox güc sərf etdilər. Futbolda belə hallar olur, mən isə komandamın yanındayam.
Şuaybunun səhvi böyük rol oynadı, ümumiyyətlə “qırmızılar”ın məsuliyyəti vacibdir. Ola bilsin, keçmiş komandası olduğu üçün fərqlənmək istəyirdi.
Bu gün rəqib hər şeyi düzgün etdi və bizdən üstün idi. Millinin düşərgəsində olmam məğlubiyyətin əsas səbəbi deyil. Zədəli oyunçularımız da vəziyyəti çətinləşdirdi.
Məğlubiyyətlər çətindir, amma daha güclü olmalıyıq. Premyer Liqada belə rəqiblərə qarşı nəticə verməməliyik. Futboldur, hər şey baş verə bilər.”