“Real” Ançelottini göndərir
09.04.2025 , 16:19

“Real” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Madrid təmsilçisi ilk olaraq baş məşqçi Karlo Ançelotti ilə yollarını ayırması gözlənilir.
Bundan başqa La Liqa nəhənginin Luka Modriç, Lukas Vaskes, David Alaba və Fran Qarsiyanı komandadan göndərəcəyi iddia olunur.
