“Qarabağ” 22 yaşlı hücumçuya təklif göndərdi
23.12.2025 , 20:33
“Lyej”in 22 yaşlı seneqallı hücumçusu Umar Diuf bu transfer dövründə bir neçə klubun maraq dairəsinə düşüb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçika klublarından “Gent”, “Sent-Trüden”, OHL və “Serkl Brügge” onun transferini reallaşdırmaq istəyir.
“Lyej” hücumçunu 1–1,5 milyon avro qiymətləndirir və “Qarabağ”ın 1,2 milyon avroluq təklifi qəbul edilməyib.
Bu mövsüm Belçika II Liqasında 20 oyuna çıxan Umar Diuf 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin 30 iyununa qədər davam edir.