De Yonq “Barselona”dan gedir?
05.02.2025 , 15:55

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq yeni transfer iddiası ilə gündəmə düşüb.
Korner.az xəbər verir ki, futbolçu ilə hazırda Səudiyyə Ərəbistanın bir neçə klubu maraqlanır.
Adı açıqlanmayan klublar artıq 27 yaşlı oyunçunun agenti ilə əlaqə yaradıblar.
De Yonq hələ son qərarını verməyib.
Onun klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin ortalarına qədərdi.
