Səfər matçını buraxacaqlar
06.12.2024 , 19:32
“Mançester Siti”nin 4 futbolçusu sıradan çıxıb.
Korner.az xəbər verir ki, söhbət Fil Foden, Con Stounz, Natan Ake və Mateo Kovaçiçdən gedir.
Adıçəkilən oyunçular İngiltərə Premyer Liqasının 15-ci turunda səfərdə qarşılaşacaq “Kristal Pelas”la görüşdə komandalarına kömək edə bilməyəcəklər.