21 yaşlı hücumçu “Barselona” klubunun hədəfində
23.03.2019 , 15:06

İspaniyanın “Barselona” klubu yeni mövsüm üçün hücumçu axtarışlarını davam etdirir.
“Katalonlar” hazırda Almaniya çempionatda çıxış edən serbiyalı hücumçusu Luka Joviçi transfer etmək istəyir. Artıq futbolçunun müqavilə ilə məxsus olduğu Benfika və icarə əsasında çıxış etdiyi “Ayntraxt” Frankfurt klubu ilə danışıqlara başlanılıb. “Barselon” 21 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, 2017-ci ildən icarə əsasında Frankfurtun “Ayntraxt” klubunda çıxış edən Luka Joviç meydana çıxdığı 46 görüşdə 23 qol vurub.
