2020-ci ilin ilk “El-Klasiko”sunun vaxtı məlum oldu
13.10.2020 , 11:57

İspaniya La Liqasında mövsümün ilk “El-Klasiko”sunun başlama saatı müəyyənləşib.
Korner.az xəbər verir ki, oktyabrın 24-ü VII turda keçiriləcək “Real” və “Barselona” arasındakı matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
5 turdan sonra “Real” 10 xalla (4 oyun) 1-ci pillədə qərarlaşıb. “Barselona” isə 3 oyundan 7 xalla 6-cıdır.
