2020-ci ilin ən yaxşısı
29.03.2020 , 16:07

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında 6 tur baş tutub.
Korner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dı.
Ağdam klubu 6 matçda 14 xal toplayıb. Qapısından qol buraxmayan Qurban Qurbanovun yetirmələri hamıdan çox – 4 qələbə qazanıb.
Son çempion kimi, “Neftçi” də bu il uduzmayıb. 12 xal toplayan bakılılar ən çox qol vuran komandadı – 11 top. “Səbail” 3-cü, “Sabah” 4-cü göstəriciyə malikdi.
İlin uğursuzu isə “Sumqayıt”dı.
