2020-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək.
Korner.az-ın məlumatına görə, bu barədə qərar FİDE-nin Bakıda keçirilən Baş Assambleyasında qəbul edilib. Xantı-Mansiysklə yanaşı Argentina və Slovakiya şəhərləri də mötəbər yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Müzakirələrdən sonra FİDE Xantı-Mansiyskə üstünlük verib.
Xatırladaq ki, 2018-ci il Olimpiadası Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.
