2019-ci ilin ən yaxşı bombardiri məlum oldu
26.12.2019 , 18:25

2019-cu ilin ən yaxşı bombardiri məlum olub.
Korner.az xəbər verir ki, bu, “Bavariya”nın və Polşa millisinin üzvü Robert Levandovskidi. O, bu il keçirdiyi 58 oyunda 54 qol vurub.
Bombardirlər siyahısında 2-ci pillədə “Barselona”nın futbolçusu Lionel Messi qərarlaşıb. Argentinalı hücumçu 58 oyunda 50 qol vurub.
Siyahının 3-cü sırasında isə PSJ-dən Kilian Mbappe yer alıb. Fransız futbolçu 49 oyunda 44 qolla yadda qalıb.
