“2018 karyeramın ən yaxşı ili oldu” – Ronaldo
02.01.2019 , 19:58

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo ötən ildəki çıxışını dəyərləndirib.
33 yaşlı futbolçu bildirib ki, 2018 onun karyerasının ən yaxşı ili olub. Yeni rekordlar qırmaq istədiyini söyləyən portuqaliyalı superulduz İtaliyadakı futbol həyatından da söz açıb:
“İspaniyada olduğu kimi, İtaliya çempionatında da məhsuldarlıq yuxarıdır. Amma burada meydanda boş sahə tapmaq asan deyil.Çünki bütün komandaların möhtəşəm müdafiə xətti var”.
“Çempionlar Liqasında qalib olmaq arzudur. Komanda titulları vacibdir. Onları qazanmaq üçün daim öz üzərimdə işləyirəm”.
Qeyd edək ki, Ronaldo bu mövsümün əvvəlində “Real”dan “Yuventus”a keçib.
