2018-ci ilin rəmzi komandası açıqlandı
02.12.2018 , 17:00

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin rəmzi komandasını açıqlayıb.
Dünyanın 90 ölkəsinin mütəxəssisləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Tibo Kurtua (Belçika, Çelsi/Real)
Müdafiəçilər: Marselo (Braziliya, Real), Serxio Ramos (İspaniya, Real), Rafael Varan (Fransa, Real), Dieqo Qodin (Uruqvay, Atletiko)
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, Real), Eden Hazard (Belçika, Çelsi), Antuan Qrizmann (Fransa, Atletiko)
Hücumçular: Lionel Messi (Argentina, Barselona), Kriştiano Ronaldo (Portuqaliya, Real/Yuventus), Kilian Mbappe (Fransa, PSJ)
Baş məşqçi: Didye Deşam (Fransa)
