Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, gurumun 55 ölkədə olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ötən ilin ən yaxşı referisi Nikola Rizzoli seçilib. İtaliyalı hakim 131 xal toplayıb. Qeyd edək ki, 2014 Mundialının finalı məhz Rizzoliyə həvalə olunmuşdu.
İngiltərəli Hovard Uebb (78 xal) ikinci, almaniyalı Feliks Brix (61 xal) isə üçüncü olub.
İlk onluqda türkiyəli FİFA referisi Cüneyt Çakır da yer alıb.
2014-ci ilin ən yaxşı on hakimi aşağıda adları qeyd olunanlardır:
1. Nikola Ritsoli (İtaliya, 131 xal)
2. Hovard Uebb (İngiltərə,78 xal)
3. Feliks Brix (Almaniya, 61 xal)
4. Byorn Kuypers (Hollandiya, 45 xal)
5. Ravşan İrmatov (Özbəkistan, 37 xal)
6. Pedro Proensa (Portuqaliya, 34 xal)
7. Velasko Karvalyo (İspaniya, 16 xal)
8. Cüneyt Çakır (Türkiyə, 13 xal)
9. Marko Antonio Rodriqes (Meksika, 13 xal)
10. Nestor Fabioan Pitana (Argentina, 7 xal)
