Fransanın “L`Equipe” qəzeti 2013-cü ilin rəmzi komandasını hazırlayıb.
Korner.az-ın məlumatına görə, qəzetin apardığı sorğuda “Qızıl top”a namizəd olan hər üç futbolçu – Kriştiano Ronaldo, Lionel Messi və Frank Riberi yer alıb.
Rəmzi komandaya “Bavariya”dan 5 futbolçu düşüb. Onlardan dördü Almaniya, biri isə Fransa yığmasının üzvüdü. “Mnnçester Siti” və “Barselona”dan 2, “Real” və PSJ-dən 1 futbolçu ən yaxşılar arasında yer alıb.
Qapıçı: Manuel Neuer (Bavariya).
Müdafiəçilər: Filip Lah (Bavariya), Vinsent Kompani (Mançester Siti), Tiaqo Silva (PSJ), Jordi Alba (Barselona).
Yarımmüdafiəçilər: Yaya Ture (Mançester Siti), Bastian Şvaynştayger (Bavariya), Tomas Müller (Bavariya), Frank Riberi (Bavariya).
Hücumçular: Lionel Messi (Barselona), Kriştiano Ronaldo (Real).