FİFA milli komandaların 2013-cü il üçün ilk yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, ilin ilk reytinq siyahısında millimiz elə yerində sayıb. Belə ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamız 277 xalla 118-ci yerdə qərarlaşıb.
DÇ-2014-dəki rəqiblərimizə gəlincə isə Portuqaliya 1144 xalla yeddinci (0), Rusiya 1070 xalla doqquzuncu, İsrail 454 xalla yetmiş altıncı, Şimali İrlandiya367 xalla (-2) 98-ci, Lüksemburq 172 xal (0:0) 148-ci pillədə qərarlaşıblar.
Siyahya 1606 xalla yenə İspaniya millisi başçılıq edir. Almaniya (1437) ikinci, Argentina isə (1290) üçüncü yeri tutur.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 14-də açıqlanacaq.
