Bu gün futbol üzrə Azərbaycan milli komandası 2013-cü ildə ilk oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi millimiz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bizə yad olmayan rəqib – Özbəkistan yığması ilə qarşılaşıb.
Hər iki tərəfin səylərinə baxmayaraq matçda hesab açılmayıb.
18.00. Azərbaycan – Özbəkistan – 0:0
Baş hakim: Əmmar Əl Cunabi
Baş hakimin köməkçiləri: Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif
Dördüncü hakim: Abdulla Əl Ajel
Sarı vərəqə: Qara Qarayev, 83
Azərbaycanın əsas heyəti: 1.Səlahət Ağayev, 13.Vurğun Hüseynov, 6. Rəşad Sadiqov, 18. Maksim Medvedyev, 2. Bədavi Hüseynov, 11. Rauf Əliyev, 42. Cavid İmamverdiyev, 36. Rasim Ramaldanov, 10. Elvin Məmmədov, 25. Cavid Hüseynov, 7. Vaqif Cavadov
Özbəkistan: İqnati Nesterov, Stanislav Andreyev, Akmel Şarəhmədov, İslom Toxtaxujayev, Artyom Filiposyan, Casur Xasanov, Alibobo Raxmatullayev, Timur Kapadze, Əziz Heydərov, Uluqbek Bakayev, Aleksandr Qeynkix.