20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək
20.01.2022 , 21:17

21-22 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılğı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək.
Korner.az xəbər verir ki, ənənəvi yarışda 10-dək ölkədən 30-dək klubu təmsil edən 550 idmançı iştirak edəcək. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş qrupu üzrə təşkil olunacaq.
6-7, 8-9 və 10-11 yaşlı uşaqlar 21 yanvarda, 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər isə növbəti gün mübarizə aparacaq.
Bakı İdman Sarayında keçiriləcək beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi 21 yanvar saat 17:00-da başlanacaq.
