20 turda 26 futbolçu
31.03.2020 , 16:35

“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.
Korner.az xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib.
Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub. Legionerlər arasında Merab Giqauri, Fernan Lopes və Klesio Bauk daha çox – 18 matçda şans qazanıb. Daha iki oyunçu Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.
Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdu. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopeslə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedi (“Neftçi”).
