Topaz Premyer Liqasında 20-ci turun rəmzi komandası və ən
yaxşı oyunçusu müəyyənləşib.
Korner.az-ın
PFL-ə istinadən
verdiyi məlumata görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına
təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı
kimidir:
Qapıçı – Lukaş Sapela (“Rəvan”)
Müdafiəçilər – Vanderson Skarduelli (“Xəzər
Lənkəran”), Brüs Abdulaye (“İnter”), Bədavi Hüseynov
(“Qarabağ”), İlqar Qurbanov (“Qarabağ”)
Yarımmüdafiəçilər – Reynaldo Silva (“Qarabağ”),
Riçard Almeyda (“Qarabağ”), Marinaldo Silva (“Qarabağ”),
Ağabala Ramazanov (“Xəzər Lənkəran”)
Hücumçular – Vaqif Cavadov (“İnter”), Franka Nildo
(“Xəzər Lənkəran”)
Qeyd edək
ki, turun ən yaxşı oyunçusu “İnter”in hücumçusu Vaqif Cavadov olub.
